Biləsuvar rayonunda yol nəqliyyat hadisəsi olub.

Leqal.info xəbər verir ki, hadisə Biləsuvar şəhərində, Melioratorlar qəsəbəsinin yaxınlığında baş verib. Mirəli Abasət oğlu Vəliyevin idarə etdiyi “Hyundai Santafe” markalı minik avtomobili, Alim Rzaxan oğlu Vəliyevin idarə etdiyi “Vaz 2109” markalı minik avtomobili ilə toqquşub.

Qəza nəticəsində “Vaz 2109” markalı minik avtomobilin sürücüsü və "Hyundai Santafe"nin sərnişini Şəfəq Gülağa qızı Tahirova müxtəlif dərəcəli xəsarət alıblar.

Yaralılar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Leqal.info