Gəncədə xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Leqal.info xəbər verir ki, şəhərin Şah İsmayıl Xətai prospektində hərəkətdə olan “Lada Priora” markalı avtomobillə “VAZ” markalı maşın toqquşub.

Qəza nəticəsində 1 nəfərin xəsarət aldığı bildirilir.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Elvin Mahmudlu
Leqal.info