Gəncədə yol-nəqliyyat hadisəsi olub.

Leqal.info xəbər verir ki, hadisə şəhərin Totanlı küçəsində baş verib. Hərəkətdə olan 2 avtomobilin toqquşması nəticəsində iki nəfər - 1979-cü il təvəllüdlü Hüseynov Nazim Zahir oğlu və onun övladı, 2006-cı il təvəllüdlü Göyüş Hüseynov xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Elvin Mahmudlu
Leqal.info