Babək rayonu ərazisində yol-nəqliyyat hadisəsi olub.

Leqal.info xəbər verir ki, hadisə Uzunoba yolu ətrafında baş verib. Hadisə zamanı 67-BJ-983 dövlət nömrə nişanlı "Mercedes" markalı minik avtomobili aşıb.

Hadisə nəticəsində avtomobildə olan 4 nəfər - 1988-ci il təvəllüdlü İsmayılov Yusif Həsən oğlu, 1995-ci il təvəllüdlü Ələkbərov Elvin Hüseyn oğlu, 2001-ci il təvəllüdlü Abuzərov İbrahim Nuhali oğlu və sürücü, 1961-ci il təvəllüdlü Əliyev Zahid Firudin oğlu xəsarət alıblar.

Onlar Naxçıvan Mərkəzi Xəstəxanasına yerləşdiriliblər, vəziyyətləri orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Elvin Mahmudlu
Leqal.info