Şəmkirdə yol-nəqliyyat hadisəsi olub.

Leqal.info xəbər verir ki, hadisə rayonun Çinarlı kəndində baş verib.

Qəza nəticəsində 1965-ci il təvəllüdlü Bəsti Ələkbərova, 1988-ci il təvəllüdlü Məqsəd Məmmədov və daha bir nəfər xəsarət alıb. Hadisə yerinə təcili tibbi yardım briqadası cəlb olunub, xəsarət alanlar xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Elvin Mahmudlu
Leqal.info