Naxçıvan-Ordubad magistralında yol-nəqliyyat hadisəsi olub.

Leqal.info xəbər verir ki, hadisə magistralın Culfa rayonu ərazisində baş verib.

İki avtomobilin toqquşması nəticəsində Culfa rayon sakinləri 1968-ci il təvəllüdlü Məhərrəmova Azadə Fəhralı qızı, 1986-cı il təvəllüdlü Qafarova Könül Mehdi qızı və 2002-ci il təvəllüdlü Qafarova Aysu Vüqar qızı xəsarət alıb.

Onlar Naxçıvan Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Elvin Mahmudlu
Leqal.info