Bakıda motosiklet sürücüsü ağaca çırpılıb.

Leqal.info xəbər verir ki, 1987-ci il təvəllüdlü Piriyev Teyyub Həsənağa oğlu idarə etdiyi “Yamaha R15” markalı motosiklet ilə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində hərəkətdə olarkən idarəetməni itirərək ağaca çırpılıb.

Qəza nəticəsində sürücü hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı cinayət işi başlanılıb.

Elvin Mahmudlu
Leqal.info