Bakıda avtomobillə moped toqquşub.

Leqal.info xəbər verir ki, hadisə Nəsimi rayonu, Azadlıq prospektində baş verib.

Orxan Əlizadənin idarə etdiyi "Mitsubishi L 200" markalı avtomobillə Rəşad Hüseynovun idarə etdiyi moped toqquşub. Xəstəxanaya yerləşdirilən moped sürücüsü orada dünyasını dəyişib.

Faktla bağlı cinayət işi başlanılıb.

Elvin Mahmudlu
Leqal.info