Abşeronda ölümlə nəticələnən yol qəzası olub.

Leqal.info xəbər verir ki, hadisə Saray-Novxanı yolunda baş verib.

Eldəniz Əhmədovun idarə etdiyi "Mitsubishi" markalı avtomobillə Rasim Hacıyevin idarə etdiyi "VAZ 21063" markalı avtomobil toqquşub.

Nəticədə Rasim Hacıyev və sərnişini Samirə Hacıyeva müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Həkimlərinə səyinə rəğmən Rasim Hacıyev xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı cinayət işi başlanılıb.

Elvin Mahmudlu
Leqal.info