Naxçıvan şəhərində azyaşlını avtomobil vurub.

Leqal.info xəbər verir ki, hadisə şəhərin "Dörd yol" adlanan ərazisində baş verib. Avtomobil yolu keçən Babək rayon sakini, 2015-ci il təvəllüdlü Allahverdiyev Ələkbər İqbal oğlunu vurub. O, Naxçıvan Mərkəzi Xəstəxanasına yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndırilir.

Faktla bağlı araşdırma aparılır.

Elvin Mahmudlu
Leqal.info