Leqal.info xəbər verir ki, hadisə rayonun Ağalıkənd kəndində baş verib. Hərəkətdə olan "BMW" markalı minik avtomobili yolun kənarında dayanan "Niva" markalı minik avtomobilinə çırpılıb. Qəza nəticəsində rayon sakinləri, 1998-ci il təvəllüdlü Vüqar Hüseynov və 1977-ci il təvəllüdlü Raqib Əliyev xəsarət alıb.
Yaralılar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Leqal.info