Kürdəmirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Leqal.info xəbər verir ki, hadisə bu gün rayon ərazisində qeydə alınıb. “Ford” markalı yük maşını ilə “Mercedes” markalı iki minik maşını toqquşub.

Nəticədə Ələşrəf Rüstəm oğlu Mövsümov hadisə yerində ölüb, Arifə İsa qızı Manafova və Ayna Qaraxan qızı Tağıyeva isə ağır xəsarət alıblar. Müxtəlif xəsarətlər alan hər iki yaralı Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Elvin Mahmudlu
Leqal.info