Şəmkirdə yol-nəqliyyat hadisəsi olub.

Leqal.info xəbər verir ki, hadisə Şəmkir Gədəbəy avtomobil yolunun rayonun Yasamal adlanan ərazisindən keçən hissəsində baş verib.

Hərəkətdə olan iki avtomobil toqquşub. Qəza zamanı 1999-cu il təvəllüdlü Fəxri Adilzadə, 2001-ci il təvəllüdlü Günel Əliyeva və 1970-ci il təvəllüdlü Xanım Əliyeva xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Elvin Mahmudlu
Leqal.info