İsmayıllıda avtomobil piyadanı vurub.

Leqal.info xəbər verir ki, Camal Məlikov idarə etdiyi “Mercedes” markalı avtomobillə İsmayıllı şəhəri ərazisində hərəkətdə olarkən yolu keçən piyada, 2009-cu il təvəllüdlü Qalacıq kənd sakini Rahid Sotanovu vurub.

Piyada xəstəxanaya yerləşdirilib və ona sol bazu sümüyünün sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Leqal.info