Leqal.info xəbər verir ki, hadisə rayonun İsmətli kəndində baş verib.
2003-cü il təvəllüdlü Rəfael Famil oğlu Cabbarlının idarə etdiyi “Mercedes-Benz” markalı minik avtomobil idarəetmədən çıxaraq yol kənarındakı dəmir boruya çırpılıb.
Qəza nəticəsində xəsarət alan sürücü Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Elvin Mahmudlu
Leqal.info