Sumqayıtda piyadanı avtomobil vurub.

Leqal.info xəbər verir ki, hadisə şəhərin Cəfər Cabbarlı küçəsində baş verib.

“Toyota Prius” markalı avtomobil yolu keçmək istəyən orta yaşlı qadını vurub.

Xəsarət alan qadın xəstəxanaya çatdırılıb və reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Elvin Mahmudlu
Leqal.info