Göygöldə yanğın hadisəsi olub.

Leqal.info xəbər verir ki, hadisə rayonun Qırıqlı kəndində baş verib. Kənd sakini M.Veridyevə məxsus iki mərtəbəli 8 otaqlı evdə yanğın olub.

Dərhal əraziyə FHN-nin Göygöl rayon Dövlət yanğından mühafizə hissəsinin yanğınsöndürənləri cəlb olunub.

Yanğın söndürülüb. Hadisənin baş vermə səbəbləri araşdırılır.

Leqal.info