Gəncədə sahibsiz itlər 78 yaşlı kişiyə hücum edib.

Leqal.info xəbər verir ki, hadisə şəhər ərazisində baş verib. Şəhər sakini 1947-ci il təvəllüdlü Z.Abbasov it dişləməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Ona tibbi yardım edilib, vəziyyətinin kafi olduğu bildirilir.

Leqal.info