Hacıqabulda 7 yaşlı uşağı avtomobil vurub.

Leqal.info xəbər verir ki, hadisə Hacıqabulun Şorbaçı ərazi vahidinin 2-ci Paşalı kəndində baş verib.

Kənd sakini, 7 yaşlı Həsən Ələkbərovu minik avtomobili vurub. Ağır xəsarətlər alan azyaşlı Şirvan xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Leqal.info