Naxçıvanda avtomobil 7 yaşlı uşağı vurub.

Leqal.info xəbər verir ki, hadisə Babək rayon Nehrəm qəsəbəsində baş verib.

Belə ki, avtomobil qəsəbə sakini, 2017-ci il təvəllüdlü Əliyev Nəsrullah Həsən oğlunu vurub. Xəsarət alan şəxs əvvəlcə Naxçıvan Mərkəzi Xəstəxanasına yerləşdiriib, sonradan isə Bakı şəhərinə aparılıb və xəstəxanaların birinə yerləşdirilib. Vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Elvin Mahmudlu
Leqal.info