Gəncədə qonşular arasında davada 3 nəfər xəsarət alıb.

Leqal.info xəbər verir ki, hadisə şəhərin Bağman yaşayış massivində baş verib. Dava nəticəsində 1967-ci il təvəllüdlü B.Qasımov, 1964-cü il təvəllüdlü Ə.Bağırov və 1971-ci il təvəllüdlü K.Qasımova xəsarət alıb.

Onlar xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Leqal.info