Gəncə şəhərində yol-nəqliyyat hadisəsi olub.

Leqal.info xəbər verir ki, qəza şəhərin “Bağman” adlanan ərazisində baş verib.

Hərəkətdə olan iki minik avtomobili toqquşub.

Nəticədə 1982-ci il təvəllüdlü N. Nəcəfov müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Leqal.info