"Leqal.info" xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Xalqlar Dostluğu Günü münasibətilə imzalanan Sərəncama əsasən, Respublika Azərbaycan Milli-Mədəni Mərkəzinin idarə heyətinin üzvü Eldar Məmmədov və “Qardaşlıq” Azərbaycan Mədəni Mərkəzinin sədr müavini, Daşkəndin Mirabad rayonunun Temiryolçular məhəllə komitəsinin sədri Mehriban Rəhimova “Dostluq” ordeni ilə təltif olunublar.
Diaspor üzvlərimiz ölkədə millətlərarası harmoniya və dostluğun, müxtəlif xalqların və millətlərin nümayəndələri arasında tolerantlıq, mehribanlıq və qarşılıqlı anlaşma mühitinin möhkəmlənməsinə, milli mədəniyyətlərin, adət-ənənələrin qorunub saxlanılmasına və inkişafına töhfə verdiklərinə görə bu mükafata layiq görülüblər.