"Leqal.info" xəbər verir ki, Ərdoğanın sərəncamı ilə Ersaya general-leytenant rütbəsi verilib.
Qeyd edək ki, Bəxtiyar Ersay daha əvvəl Türkiyə Quru Qoşunlarının Əməliyyat İdarəsinin rəisi də olub.
Xatırladaq ki, ötən ilin sentyabrında Türkiyə Quru Qoşunlarının əməliyyat üzrə rəisi general-mayor Bəxtiyar Ersay Azərbaycanda Xidmət Qrupu Komandanlığına təyin edilməklə Türkiyə Baş Qərargahının əmrinə verilib.