“Rusiya ilə dialoqu və əməkdaşlığımızı genişləndirməyə davam edirik”.

Leqal.info xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “Sputnik.ru”ya müsahibəsində deyib.

O bildirib ki, Ankara ilə Moskva arasındakı əlaqələr bütün sahələrdə inkişaf edir.

“Ticarətdən turizmə, enerjidən investisiya layihələrinə qədər bütün sahələrdə əlaqələrimizi davam etdiririk”, - nazir vurğulayıb.