Leqal.info xəbər verir ki, bu haqda Finlandiyanın müdafiə naziri Antti Kaikkonen "Twitter" hesabında paylaşım edib.
"İsveçli həmkarım Pal Yonson ilə vacib görüşüm oldu. Biz müdafiə sahəsində sıx qarşılıqlı əməkdaşlığımızı davam etdirəcəyik.
Hər iki ölkənin ən qısa zamanda NATO-nun tamhüquqlu üzvü olması üçün çalışırıq".
Kaikkonen tərəflərin Ukraynaya dəstək məsələsini də müzakirə etdiklərini qeyd edib: "Bizim Ukraynaya güclü dəstəyimiz davam edir".
Elvin Mahmudlu
Leqal.info