Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bu gün Moskvada keçirilən Suriya üzrə dördtərəfli görüş çərçivəsində İran XİN rəhbəri Hüseyn Əmir Abdullahian ilə görüşüb.

Leqal.info xəbər verir ki, o, bu barədə “Twitter“ hesabında paylaşım edib.

Nazirlər Suriya, yüksək səviyyəli səfərlər, iqtisadi və enerji əməkdaşlığını müzakirə edib.

Leyla Kamil
Leqal.info