Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Ərəb Əmirliklərinə səfər edib.

Leqal.info xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

Qeyd olunub ki, onun, Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Məhəmməd Bin Zayed Əl Nəhyan ilə görüşü olub.

Görüşdə Türkiyə ilə Birləşmiş Ərəb Əmirlikləri arasında siyasi və iqtisadi münasibətlər, regional və qlobal problemlər, İsrailin Fələstin torpaqlarına davam edən hücumları müzakirə olunub.

Leyla Kamil
Leqal.info