Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Qətərə rəsmi səfərə gedib.

Leqal.info xəbər verir ki, bu barədə Qazaxıstan Prezident Administrasiyasının mətbuat xidməti məlumat yayıb.

Səfər çərçivəsində Tokayevlə Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Tani arasında görüş keçirilib. Tərəflər arasında ölkələrarası qarşılıqlı münasibətlər və regional məsələlər müzakirə olunub.

Leyla Kamil
Leqal.info