İsrailin Qəzzaya hücumları nəticəsində 28 mindən artıq fələstinli həyatını itirib, 70 minə yaxın insan isə yaralanıb.

Leqal.info xəbər verir ki, bu barədə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qahirədə Misir prezidenti Əbdülfəttah əs-Sisi birgə mətbuat konfransı zamanı bildirib.

O qeyd edib ki, Qəzzada atəşkəsə müvəffəq olmaq və humanitar yardımların maneəsiz çatdırılması prioritet məsələdir: “Ölkəmiz indiyə kimi Qəzzaya 34 min tondan çox yardım göndərib”.

Ərdoğan, eyni zamanda başda BMT Təhlükəsizlik Şurası olmaqla beynəlxalq ictimaiyyəti Qəzzada davam edən qətliamı dayandırmaq üçün hərəkətə keçməyə çağırıb.

Leyla Kamil
Leqal.info