Türkiyə Qəzza ilə bağlı beynəlxalq ictimaiyyətə çağırış edib.

Leqal.info xəbər verir ki, bu barədə Türkiyə Milli Təhlükəsizlik Şurasının iclasının nəticələrinə dair açıqlamada deyilir.

Bildirilib ki, Beynəlxalq Ədalət Məhkəməsinin və Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qərarlarına baxmayaraq, İsrailin Qəzzada hücumlarının qarşısının alınmaması beynəlxalq sistemin gücsüzlüyünü artıracaq.

Qeyd olunub ki, Türkiyə beynəlxalq ictimaiyyəti Qəzza xalqına və yardım çatdıran təşkilatlara qarşı hücumları tez bir zamanda dayandırmağa və davamlı sülh üçün səyləri dəstəkləməyə çağırır.

Leqal.info