Leqal.info xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
“UNRWA-nı hədəf alaraq İsrail iki dövlət həllini ortadan qaldırmağı və fələstinli qaçqınların vətənlərinə qayıtmasının qarşısını almağı hədəfləyir, 1949-cu ildən bəri milyonlarla fələstinli qaçqına həyati yardım göstərən UNRWA-nın fəaliyyəti də regional sabitlik üçün böyük əhəmiyyət kəsb edir. BMT Baş Assambleyasının qərarı ilə yaradılmış UNRWA-nın fəaliyyətini qadağan etmək cəhdlərinə qarşı sərt mövqe sərgiləmək beynəlxalq ictimaiyyətin hüquqi və vicdanlı öhdəliyidir” - deyə məlumatda bildirilib.
Qeyd olunub ki, UNRWA-nın Maliyyə İşçi Qrupuna sədrlik edən Türkiyə Agentliyə siyasi və maliyyə dəstəyini davam etdirəcək.
Leqal.info