Leqal.info xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə əsasən, lazım gələrsə, Putinlə Trampın telefon danışığı operativ şəkildə təşkil olunacaq.
Kremlin sözçüsü Putinin qrafikində Trampla telefon danışığının hələ ki olmadığını söyləyib: "Hazırda planlaşdırılmış telefon danışığı yoxdur. Lakin bir daha təkrar edirəm: Prezident Putin belə ünsiyyətə açıq qalır. Lazım gələrsə, belə bir söhbət çox tez razılaşdırıla bilər".
Leqal.info