Leqal.info xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu bildirib.
"Yaxın günlərdə əməliyyatı başa çatdırmaq üçün bütün gücümüzlə Qəzzaya daxil oluruq. Əməliyyatı başa çatdırmaq HAMAS-ı məğlub etmək deməkdir. Bu, HAMAS-ı məhv etmək deməkdir. Müharibəni dayandıracağımız vəziyyət olmayacaq. Müvəqqəti atəşkəs ola bilər, lakin biz sona qədər gedirik", - Netanyahu vurğulayıb.
O, eyni zamanda bildirib ki, İsrail Qəzza sakinlərini qəbul etmək istəyən ölkələr tapmağa çalışır.
Leqal.info