Türkiyə, Azərbaycan və Pakistan liderləri üçtərəfli məsləhət mexanizmi ilə bölgədə diplomatiya və dialoqa üstünlük vermək üçün səy göstərir.

Leqal.info xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidan pakistanlı həmkarı ilə birgə mətbuat konfransında bildirib.

O qeyd edib ki, Türkiyə Cənubi Asiyada da sülh və sabitliyin tərəfdarıdır.

Nazirin sözlərinə əsasən, Pakistanın Hindistanla son münaqişə zamanı sərgilədiyi soyuqqanlılıq böyük fəlakətin qarşısını alıb.

Leqal.info