Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Latviyanın rusiyalıları deportasiya etmək qərarını pisləyib.

Leqal.info xəbər verir ki, TASS-a müsahibəsində Rusiya XİN sözçüsü Riqanın məlum qərarının yaşlılara və xəstələrə münasibətdə qeyri-humanist olduğunu söyləyib.

Diplomat vurğulayıb ki, rusiyalıların Latviyadan kütləvi deportasiyası təhlükəsindən danışmaq hələ tezdir.

Onun sözlərinə əsasən, Rusiyanın Riqadakı səfirliyi deportasiya ilə üzləşən həmvətənlərə maksimum yardım göstərməyə çalışır.

Leqal.info