"ATƏT sədri ilə keçirdiyim görüşdə Cənubi Qafqaz bölgəsində hazırkı vəziyyət də müzakirə olunub".

Leqal.info xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili ATƏT-in fəaliyyətdə olan sədri Elina Valtonen ilə keçirdiyi birgə brifinqdə deyib.

Nazirin sözlərinə əsasən, Gürcüstan hər zaman olduğu kimi regionda sülh və sabitliyin tərəfdarı olaraq qalır.

Nazir Gürcüstanın ATƏT-lə əməkdaşlığa önəm verdiyini, təşkilatın müstəqil institutları çərçivəsində fəaliyyəti davam etdirməyə hazır olduğunu bildirib.

Leqal.info