Leqal.info xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın avqustun 20-də keçirilən brifinqində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, ticarət məkəzlərində qayda pozuntusu halları aşkar olunub:
“Həmin obyekt sahibləri bilsinlər ki, onlar barələrində görülən tədbirlərdən nəticə çıxarmayıblarsa, həmin obyektin fəaliyyətinin dayandırılması və qanunvericiliklə nəzərdə tutulmuş digər ağır cəzaların verilməsi nəzərdə tutulur”.