Leqal.info xəbər verir ki, Tehran Təcili Tibbi Yardım Xidməti bildirib ki, hadisədən sonra xilasetmə və yardım qüvvələri əraziyə göndərilib.
Məlumata əsasən, yanğın hotelin 600 kvadratmetrlik anbar sahəsində baş verib və hazırda yanğınsöndürmə qüvvələri alovun söndürülməsi istiqamətində iş aparırlar.
Hadisə nəticəsində indiyədək 7 nəfər tüstüdən zəhərlənib, onlardan 3-ü müalicənin davam etdirilməsi üçün xəstəxanaya yerləşdirilib.
Leqal.info