Quba rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi olub.

Leqal.info xəbər verir ki, qəza Quba–Qusar avtomobil yolunda baş verib.

İlkin məlumata əsasən, "Mercedes" markalı minik avtomobili yük maşını ilə toqquşub.

Hadisə nəticəsində "Mercedes"in sürücüsü, Quba şəhər sakini, 1996-cı il təvəllüdlü Adil Qasımov hadisə yerində ölüb.

Leqal.info