Azərbaycanda “İstilik təchizatı haqqında” qanun layihəsi hazırlanacaq.

Leqal.info-nun xəbərinə görə, bu, Prezident İlham Əliyevin imzaladığı istilik təchizatı sahəsində islahatların sürətləndirilməsi və səmərəliliyin artırılması ilə bağlı tədbirlər haqqında sərəncamında əksini tapıb.

Sərəncamla Nazirlər Kabinetinə 9 (doqquz) ay müddətində Energetika Nazirliyinin təklifləri əsasında “İstilik təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun layihəsini Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırılıb.