Bunu "Report"un sualına cavab olaraq İdarənin sədri şeyxülislam Allahşükür Paşazadə deyib.
O bildirib ki, koonavirus pandemiyası səbəbindən iki il ziyarətlə bağlı çətinliklər vardı: "Bu il üçün Azərbaycanda Həcc ziyarətinin təşkili ilə bağlı qaydalara müəyyən dəyişikliklər edilib. Nümayəndə heyəti Vətənə qayıtdıqdan sonra ətraflı məlumat veriləcək".