Həmsöhbətimiz Qaraçuxur qəsəbəsi Cəlal Qurbanov küçəsində məskunlaşmış sakin şərti adı (Ç.Məmmədov) olan şəxs iddia edir ki, bu 146 saylı məktəbdən üzü Ordubad marketə gedən tərəfdə dədə malı kimi yolu zəbt edib yeni Prius avtoservisi istifadəyə verilib.

Leqal.info sözügedən mövzu ilə əlaqədar apardığı araşdırmanı izləyicilərə təqdim edir.
Günah yenə Priusdadır. Axı bu cansız maşının nə günahı var axı sadəcə yanlış əllərdə olanda silaha çevrilir də neyləsin yazıq Prius? Evin qabağına bir daş parçası atan kimi canfəşanlıq edən icra nümayəndələri bəs hara baxır? Əşşi mən də söz danışdım da puluynan deyil puluna minnət puluvu ver işivi gör rəiyyət neyləcəkki? Gedib şikayət edəcək o şikayətə baxılana qədər mən tutduğumu tutaram deyə fikirləşir yəqin əziz İcra nümayəndələri. Gəlin zibilinizə yiyə durun: Bir qəsəbə sakinlərinin balaca bir massivinin şirin bir binasında heç də şirin olmayan olaylar baş verir ki, həm piyada həm də sürücülər bu vəziyyətdən yaman giley-güzar edirlər. Deyirlər ki, durduğumuz yerdə əməlli başlı zibilə düşmüşük. Belə ki, bu binanın sakinləri dediyi yerə yollandım qardaş bir də nə görsəm yaxşıdı əvvəla elə zənn etdim ki, paranormal hadisələr diyarındayam sonra bir bibi zibili qutuya sallayanda taqqıltısıyla anidən oyandım. Ay qardaş zibil qabı zibil yerində olar da amma bu binada ayaq açıb yeriyir özdə cüt leyli ilə məcnun kimi. Eşq də gözəldir amma yerində. Atalardan bir deyim var: "Deyirlər daş öz yerində ağırdır".
Sitatın sonu...
P.S. Ümidvarıq ki, aidiyyatı qurumlar sözügedən məsələ ilə bağlı tədbir görülməsi üçün üzərinə düşən işləri icra edəcəklər.
Elvin Mahmudlu
Leqal.info