İranda 5,3 bal gücündə zəlzələ olub.

Leqal.info xəbər verir ki, bu barədə ABŞ-ın Geoloji Xidməti məlumat yayıb.

Qeyd olunub ki, zəlzələ ölkənin cənubunda, Bəndər-Abbas şəhəri yaxınlığında baş verib.

Dağıntılar, ölən və yaralananlar barədə məlumat yoxdur.

Leqal.info