Qazaxıstanın Karaqanda vilayətində yerləşən Kostenko adına mədəndə baş vermiş partlayış və yanğın nəticəsində həlak olanların sayı 45-ə yüksəlib.

Leqal.info xəbər verir ki, bu barədə Qazaxıstanın “Xabar-24” telekanalı məlumat yayıb.

Qeyd edilib ki, 1 şaxtaçının axtarışları davam edir.

Bundan öncə şaxtada partlayış və yanğın nəticəsində 43 nəfərin öldüyü bildirilmişdi.

Faciə ilə bağlı oktyabrın 29-u Qazaxıstanda milli matəm günü elan olunub.

Leqal.info