Qəzza sektoruna nüvə bombası atılması ehtimalını istisna etməyən Qüds və İsrail dövlətinin irsi işləri üzrə nazir Amixiya Eliyaxu növbəti bildirişə kimi Nazirlər Kabinetinin iclasından kənarlaşdırılıb.

Leqal.info “Kan” radiosuna istinadən xəbər verir ki, bunu bu gün İsrail Baş naziri Binyamin Netenyahu bildirib.

Binyamin Neteyahu deyib ki, Amixiya Eliyaxunun sözləri həqiqətə uyğun deyil və reallıqla əlaqəsi yoxdur: "İsrail və İsrail Ordusu beynəlxalq hüququn standartlarına uyğun hərəkət edir və biz bunu qələbəyə kimi davam etdirəcəyik”.

Qeyd edək ki, bu gün Amixiya Eliyaxu Qəzza zolağına nüvə bombası atılmasının mümkün variantlardan biri olduğunu deyib.

Leqal.info