Qəzza zolağının ən böyük tibb mərkəzi olan “Əl-Şifa” xəstəxanasının direktoru İsrail ordusu tərəfindən saxlanılıb.

Leqal.info xəbər verir ki, bu barədə Birləşmiş Ərəb Əmirliklərinin “The National” nəşri xəstəxananın həkiminə istinadən yazıb.

Nəşrin sözlərinə əsasən, “Əl-Şifa”nın direktoru Məhəmməd Əbu Səlmiyə İsrail hərbçiləri tərəfindən gecə saatlarında saxlanılıb.

Eyni zamanda qeyd olunub ki, direktorla yanaşı, bir sıra digər tibb işçiləri də nəzarətə götürülüb.

Hazırda İsrail hərbçiləri xəstəxanada axtarışlar aparır. İsrail ordusu xəstəxananın HAMAS-ın komanda mərkəzi olduğunu iddia edir.

Leyla Kamil
Leqal.info