Türkiyənin Hatay vilayətində ötən ilin fevral ayında baş vermiş zəlzələ nəticəsində evlərini itirən ailələrə yeni mənzillər təqdim olunub.

Leqal.info xəbər verir ki, evlərin rəsmi təqdimat mərasimində prezident Rəcəb Tayyib Ərdoğan iştirak edib. Birinci mərhələdə Hatayda 7275 mənzil sahiblərinə təqdim edilib.

Mərasimdə çıxışı zamanı Ərdoğan iki ay ərazində zəlzələnin baş verdiyi bölgədə 75 min mənzilin də sahiblərinə veriləcəyini vurğulayıb. Onun sözlərinə əsasən, ilin sonuna kimi isə 200 min evin də hazır olması gözlənilir.

Ərdoğan, eyni zamanda zəlzələdə Türkiyəyə yardım edən ölkələrə də təşəkkür edib:

“Başda 11 min 500 əcnəbi qrup üzvü olmaqla 35 min 250 axtarış-xilasetmə heyətimizə, 142 min mühafizəçimizə, səhiyyə işçimizə, mədənçilərimizə, meşə işçilərimizə, könüllülərimizə, öz adımdan və millətim adından bütün qardaşlarımıza təşəkkür edirik”.

Leqal.info