Mərkəzi Hindistanın Madxya-Pradeş ştatına daxil olan Bayraqarx yaşayış məntəqəsindəki gizli şəkildə fəaliyyət göstərən pirotexniki qurğular zavodunda partlayış baş verib.

Leqal.info TASS-a istinadən xəbər verir ki, partlayış nəticəsində azı 11 nəfər həlak olub.

Altmış nəfərdən artıq şəxsin yaralandığı bildirilib.

Leqal.info