ABŞ müdafiə naziri Lloyd Ostin kritik terapiya bölməsinə yerləşdirilib.

Leqal.info xəbər verir ki, bu barədə onun həkimlərinin Pentaqonun saytında paylaşılmış bəyanatında bildirilib.

Qeyd olunub ki, gecə aparılmış bir sıra analizlərdən və qiymətləndirmələrdən sonra nazir yaxından monitorinq və dəstəkləyici terapiya üçün Volter Rid Milli Hərbi Tibbi Mərkəzin krtik terapiya bölməsinə yerləşdirilib.

“Hazırda nazir Ostinin nə qədər xəstəxanada qalacağı məlum deyil”, - bəyanatda bildirilib.

Nazirə xərçəng proqnozu qoyulduğu qeyd olunub.

Leqal.info